Ölkədə yoluxucu xəstəliklə bağlı karantinə alınan təhsil müəssisəsi var? Nazir AÇIQLADI

Cəmiyyət


“Bu gün ölkədə yoluxucu xəstəliklə bağlı karantin müddətinə keçən təhsil müəssisəsi yoxdur”. 

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, əgər bu kimi kütləvi yoluxma halları olarsa, aidiyyəti qurumlarla birgə qərar qəbul edilir: 

“Xəstəliyin karantin müddəti bitdikdən sonra müəssisə fəaliyyətini bərpa edir. Mümkün olarsa, həmin müddətdə distant təhsilə keçid edilə bilər. Çünki pandemiyada bu təcrübə formalaşıb”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love