Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində bir nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1938-ci il təvəllüdlü vətəndaş S.Cəfərova fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 8 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
www.102info.az