Bərdədə həyətyanı sahədə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.
Belə ki, 10 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az