Bakıda avtomobil yaşayış evinin darvazasına çırpılıb – FOTO

Cəmiyyət


Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Süleyman Əhmədov küçəsində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Volkswagen” markalı minik avtomobilinin sürücüsü maşını əvvəlcə dayanmış vəziyyətdə olan KIA-ya, daha sonra fərdi yaşayış evinin darvazasına çırpıb. KIA markalı minik maşını isə zərbənin təsirindən “Toyota Prius” markalı avtomobilə çırpılıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.

 

www.102info.az