Naxçıvan Televiziyasına yeni sədr müavini təyin edilib

Cəmiyyət


Naxçıvan Televiziyasına yeni sədr müavini təyinatı olub.

“Report”un yerli bürosu xəbər verir ki, noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov İlhamə Tofiq qızı Novruzovanın “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, ölkənin bir sıra aparıcı media qurumlarında işləyən İlhamə Novruzova bu təyinatdan əvvəl “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Xəbərlər departamentinin direktoru vəzifəsində çalışıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir