Azərbaycan idmançılarının noyabr ayı üçün reytinq cədvəli açıqlanıb

Cəmiyyət


Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin noyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Qurumun rəsmi saytı xəbər verir ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.

540 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikincidir. İdman gimnastı Nikita Simonov (355 xal) üçüncü pilləyə yüksəlib.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara uyğun aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir