Ucarda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.
“QAZEL” markalı yük maşını velosipedlə yolu keçən Pərvin Kamil oğlu İsmayılovu vurub. O, hadisə yerində ölüb.
Fakt araşdırılır.




www.102info.az