Marketdə istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları aşkarlanıb – FOTO

Cəmiyyət


Lənkəran rayonu, Cil kəndində fəaliyyət göstərən, Kamal Mirzaid oğlu Xamiyevə məxsus “Cil” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. 

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə 60 adda ümumi çəkisi 74 kiloqram müxtəlif əmtəə nişanlı şirniyyat, ədviyyat, süd məhsulunun və 30 litr alkoqolsuz içkinin istifadə müddətinin bitdiyi müəyyən edilib, eləcə də etiket məlumatlarında uyğunsuzluq olan ümumi çəkisi 60 litr duru yağ və istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qarşısı alınıb və məhv edilməsinə dair qərar qəbul olunub.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün ardıcıl tədbirlərini davam etdirir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir