Doqquz aptekdə nöqsan aşkarlandı

Cəmiyyət


Cari ilin oktyabr ayı ərzində Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında 52 aptek olmaqla, ümumilikdə 53 əczaçılıq təşkilatında planlı və plandan kənar yoxlamalar aparılıb.

Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, yoxlamalar zamanı doqquz aptekdə nöqsan aşkarlanıb. Həmin apteklərin səkkizi rayonlarda yerləşir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə doqquz protokol tərtib edilib.

“Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, aptekdən alınan dərman vasitələrinin keyfiyyəti barədə şübhə yaradan hər hansı dərman vasitəsi haqqında bizə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in “Bir pəncərə” xidmətinə müraciət edə və ya “qaynar xətt”lə əlaqə saxlaya bilər. Həmçinin, vətəndaşlar AEM-in www.pharma.az saytının “Müraciət” bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış qəbzini və alınan ünvanı yükləyərək ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər. Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsi ilə bağlı araşdırmaya başlayaraq müvafiq tədbirlər görür” – deyə bildirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir