Bakıda mağazadan oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən mobil telefonlar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Sadiq Abdullayev və qardaşı Orxan müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az