Meyxanaçı Samirə AĞLADI: “2 il 6 ay oğlumun alın sümüyünü soyuducuda saxladım” – VİDEO

Cəmiyyət


“Oğluma görə 3 ay xəstəxananın qapısında yatmışam. Çox mücadilə aparmışam. Hər şeyimi satmışam. Bu günə kimi də onun borclarını verirəm (ağlayır)”.  

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı və müğənni Samirə Yusifqızı qonaq olduğu “Yaxşıya doğru” ictimai-sosial verilişində deyib.  

Oğlunun yaşadığı bədbəxt hadisədən söz açan sənətçi bildirib ki, onun sağ qalması üçün 120 minlik evini 45 min manata satmaq məcburiyyətində qalıb:   

“Dostları oğlumla zarafatlaşmışdı. Onlar onu hovuza itələmişdirlər ki, sən də gir suya. Həmin an isə onun ayağında altı sürüşkən ləpik olub. Onu tullamaq istəyəndə o arxası üstə gedib, başı dəyib hovuzun kənarına. Hadisə baş verəndə nəinki oğlumun dostları, nə mənim, nə də ki atasının qohumları yaxın durmadılar. Hamısı kənara çəkildi.  

Nəslimiz böyükdür. Biz bakılılar qohumluqda bir-birimizə soyuq oluruq. Heç kim oğluma yardım etmədi. Çox pis vaxtda başımıza belə bir hadisə gəldi. Həmin vaxt evdə təmir gedirdi, qarşıda bir həftədən sonra Məhərrəm ayı gəlirdi. 120 min manatlıq evimi bir gecənin içində 45 min manata satdım. Yük düşdü mənim, anamın və qızımın üstünə. Allahın verdiyi hər bir dərdə də həmd olsun”.  

Sənətçi dəhşətli hadisə nəticəsində övladının alın sümüyünü xüsusi məhlulun içində 2 il 6 ay soyuducuda saxlayıb:  

“Ərzaq götürmək üçün gündə bir neçə dəfə soyuducunu açırsan. Hər dəfə də soyuducu açanda oğlumun kəllə sümüyünü orada görürdüm. Çünki həkim mənə söylədi ki, oğlumun alın sümüyünü 2 il 6 ay soyuducuda saxlamalıyam. Alın sümüyünü xüsusi məhlulun içində soyuducuda saxladım. 2 il 6 ay oğlum alın sümüksüz vəziyyətdə qaldı. Qorxunc bir vəziyyət idi.  

Allah bizi mükəmməl yaradıb. Təsəvvür edin, əzanın biri olmayanda insan necə görünür? Oğlum əməliyyatdan çıxandan sonra onun üzünün nə boyda olduğunu gördüm. Kiçik üzü masa ölçüsündə idi. Qorxumdan oğlumun üzünə belə baxmırdım. Çünki baxa bilmirdim. Onları yaşamışam”.  

Qeyd edək ki, hadisə 2019-cu il yay aylarında baş verib. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir