“Ov icazəsi hansı günə, müddətə alınırsa, həmin vaxt da istifadə edilməlidir”.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook”da canlı yayımlanan “Ekspert saatı”nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, əgər icazə zamanında istifadə edilmirsə, yenidən alınmalıdır:

“Bu hal sui-istifadə hallarının qarşısını almaq üçündür. Tarix dəyişsə, vətəndaş yerli ekologiya orqanlarına yenidən müraciət etməlidir”.
F.Əliyev ovçuluq təsərrüfatındakı nəzarət-buraxılış məntəqələrindən danışıb:
“Hansısa ovçuluq təsərrüfatında ov təşkil etmək istəyənlər onların nəzarət-buraxılış məntəqələri haqqında məlumatı nazirliyə, xidmətə zəng edərək ala bilərlər”.
İlhamə Əbülfət
www.102info.az