Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ovçuluq imtahanlarının niyə regionlarda keçirilməməsi ilə bağlı səslənən suallara cavab verib.
Oxu.Az-ın məlumatına görə, xidmət rəisi nazirliyin “Facebook”da canlı yayımlanan “Ekspert saatı”nda bildirib ki, ovçuluq imtahanı həftənin cümə günü xidmətdə keçirilir:
“Biz imtahanları tələbatdan asılı olaraq keçiririk. Biləsuvarda belə bir təcrübə var. Nə vaxtsa daha çox adam müraciət edərsə, regionlarda da bu məsələyə baxmaq olar”.
İlhamə Əbülfət
www.102info.az