“Ovçuluq biletini əldə etmək üçün sınaq imtahanı əvəzinə rüsumu artıq ödəyib, imtahana girməmək mümkün deyil”.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook”da canlı yayımlanan “Ekspert saatı”nda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, burada söhbət tək rüsumdan getmir:
“Bu gün imtahan ovçu olmaq istəyən şəxsin odlu silahla davranması, ovçuluq qaydalarını bilməsi ilə bağlı bilik və bacarıqlarını üzə çıxarmaq məqsədini daşıyır. Bundan keçənlər rüsum ödəməklə bileti alırlar. Nə zamansa belə bir addımın atılacağına, yəni pul ödəməklə imtahandan azad olmağa inanmıram”.
İlhamə Əbülfət
www.102info.az