Zərdabda 89 yaşlı kişi intihar edib.
“Report” xəbər verir ki, hadisə rayonun Məlikumudlu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1934-cü il təvəllüdlü Cəbrayıl İbrahim oğlu Cəbrayılov özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə aparılıb.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.
www.102info.az