Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən körpələr evi – uşaq bağçasının binası qəzaldır.
Xezerxeber.az-ın məlumatına görə, 50 il ərzində binada təmir edilən yalnız dam örtüyü olub.
1973 – cü ildən fəaliyyətə başlayan binada 50 il ərzində bir dəfə əsaslı təmir aparılıb, dam örtüyü dəyişdirilib. İndi bağçanın yararsız vəziyyətdə olması valideynləri və pedaqoji kollektivi narahat edir.
Məsələyə Lənkəran-Astara Regional Təhsil İdarəsindən münasibət bildirilib. Qurumun Lənkəran sektoru üzrə məsləhətçisi İranə Məhərrəmzadə mövcud vəziyyətdən xəbərdar olduqlarını və yaxın vaxtlarda yeni bağça binasının tikiləcəyini deyib.
Ətraflı süjetdə:
www.102info.az