Sərnişinlər 119 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsündən şikayətçidirlər.
Bu barədə Oxu.Az-a sərnişinlər özləri məlumat veriblər.
Onlar qeyd ediblər ki, sürücü nalayiq ifadələr işlədir, hərəkətdə olan zaman telefonla danışır, həmçinin avtobusla təhlükəli manevrlər edir.
Daşıyıcı şirkətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılıb:
“Sürücü ilə bağlı daxili təlimatlara uyğun olaraq tədbir görülüb. Qeyd etmək istəyirik ki, sürücülərin sükan arxasında telefondan istifadə etməsi inzibati məsuliyyət yaradır və aidiyyəti dövlət qurumu tərəfindən bu xətaya yol vermiş şəxslər cərimələnirlər”.
Qeyd edək ki, 119 nömrəli marşrut xəttinin daşıyıcısı “Xaliq Faiqoğlu” MMC-dir.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.6. (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə) maddəsinə görə, sürücü əlli manat məbləğində cərimə edilir.
İlhamə Əbülfət
www.102info.az