8 noyabr – Zəfər Günü və Şuşa Şəhəri Gününün qeyd edilməsi ilə əlaqədar Penitensiar Xidmətin tərbiyə müəssisəsində saxlanılan və yetkinlik yaşına çatmayan 3 məhkumun şəhər gəzintisi təşkil edilib.
Oxu.Az xəbər verir ki, ilk olaraq onlar Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, onların xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra Şəhidlər xiyabanında şəhidlərimizin əbədi xatirəsi yad edilib.
Vətənpərvərlik hisslərinin aşılanması, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində qələbəsinin və ərazi bütövlüyümüzün bərpasının simvollarından biri olan Hərbi Qənimətlər Parkına səfər təşkil olunub.
Yetkinlik yaşına çatmayan məhkumlar üçün nahar yeməyi, maraqlı əyləncələr və digər oyun proqramları təşkil olunub.
www.102info.az