Noyabrın 7-də saat 10 radələrində Masallı rayon Köçəkli kənd sakini Əli Ağabala oğlu Muradovun ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Xəbərə görə, həmin şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
www.102info.az