Cəlilabadda yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, “QAZel” markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub.
Qəza nəticəsində rayon sakini Xalid Aslanov xəsarət alıb. O, rayon xəstəxanasına aparılıb. Həmçinin bir nəfərə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az