Xaçmazda evdə yanğın olub

Cəmiyyət


Xaçmaz rayonunda evdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Xaçmaz rayonunun Hacıisaoba kəndində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 30 kvadratmetr sahədə və dam örtüyü 45 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir