Suraxanıda zavodun ərazisində yanğın olub – VİDEO

Cəmiyyət


Bakı şəhəri, Suraxanı rayonunda yerləşən zavod ərazisində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

www.102info.az