Oğuzda atı maşın vurub, 66 yaşlı atlı xəsarət alıb

Cəmiyyət


Oğuzda hərəkətdə olan atı maşın vurub, 66 yaşlı atlı xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Padar-Böyük Söyüdlü avtomobil yolunda baş verib.

Hadisə zamanı at tələf olub, 66 yaşlı atlı – rayonun Böyük Söyüdlü kənd sakini Eldar Məmməd oğlu Mahmudov isə xəsarət alıb.

Yaralı müalicə üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az