Şamaxıda avtomobilin vurduğu piyada ölüb

Cəmiyyət


Şamaxı rayonunda piyadanın ölümünə səbəb olan avtomobil qəzası baş verib.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı şəhər ərazisindən keçən hissəsində baş verib.

1959-cu il təvəllüdlü Təbriz Fərəcovun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun maşınlar üçün nəzərdə tutulmuş hissəsi ilə gedən 1986-ci il təvəllüdlü Ramiz Ağayevi vurub, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şamaxı RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir