Şabranda hotel işçiləri qəzaya düşdülər: Xəsarət alanlar var

Cəmiyyət


Şabran rayonunun Pirəbədil kəndi ərazisində hotel işçiləri qəzaya düşüblər.

“Report”un məlumatına görə, VAZ-2106 və “Nissan X-Trail” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şabrandakı hotellərdən birinin işçiləri – 1992-ci il təvəllüdlü Əlisahib Mirzə oğlu Zeynalov, Cəmil Əşrəf oğlu Vəliyev, 2004-cü il təvəllüdlü Elmir Vüsal oğlu Sərdarov, 2007-ci il təvəllüdlü Cavad Həbib oğlu Zeynalov və 1988-ci il təvəllüdlü Elxan Pirverdi oğlu Haşımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love