Şəki rayonunun Kiçik Dəhnə kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, qəza zamanı “Hyundai” və VAZ-2107 markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində VAZ-ın sürücüsü, 1994-cü il təvəllüdlü Vahab Elşad oğlu Salamov xəsarət alıb.
Fakta bağlı araşdırma aparılır.
www.102info.az