Quba rayonunda “BÜTÖV” proqramı çərçivəsində düşərgə fəaliyyətə başlayıb – FOTO

Cəmiyyət


Noyabrın 10-da “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində düşərgə fəaliyyətə başlayıb.

Quba rayonunda təşəbbüs qruplarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təşkil olunan düşərgə müddətində qərbi Azərbaycanla bağlı fəaliyyət göstərəcək təşəbbüs qrupları üzvlərinin şəbəkələşmə, liderlik, təşəbbüskarlıq, komanda quruculuğu eləcə də, bir sıra istiqamətlər üzrə bilik və bacarıqları artırılacaq. Ümumilikdə 3 gün davam edəcək düşərgədə 50 gənc iştirak edir.

Qeyd edək ki, “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qərbi Azərbaycanla bağlı multimedia, elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.

Proqramın növbəti mərhələlərində təşəbbüs qrupları tərəfindən Qərbi Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən videoroliklərin, eləcə də, müxtəlif dillərdə məqalələrin hazırlanması planlaşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir