Gəncədə yük və minik avtomobilləri toqquşub: Ölən və xəsarət alanlar var

Cəmiyyət


Gəncədə yük və minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

VAZ markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində daha iki nəfər – 2002-ci il təvəllüdlü Zöhrab Hüseynov və 2004-cü il təvəllüdlü Çingiz Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir