Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi xəbərə görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Cəbrayıl rayon sakini idarə etdiyi “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşısına çıxan inəyi vurub.
Zərbənin təsirindən inək maşının salonuna düşüb. Bu zaman maşında sərnişin qismində olan Cəbrayıl rayon sakini, 1998-ci il təvəllüdlü Mahmud Qürbət oğlu Behbudov baş nahiyəsindən xəsarət alıb. Burunu, çənəsi sınan M.Behudova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilərək Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Qeyd edək ki, xəsarət alan sərnişin sürücünün qardaşıdır.
www.102info.az