Bakının Xətai rayonu ərazisində lüklərdən birinin qapağının dəlik olması təhlükəli vəziyyət yaradır.
Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, qapağı dəlik lük Gəncə prospekti, 105 ünvanında yerləşir:
“Bir aydan artıqdır ki, vəziyyət belədir. Aidiyyəti qurumlar isə maraqlanmırlar. Qapağının ortası dəlik olan lük ərazidən keçənlər üçün ciddi təhlükə mənbəyidir. Xüsusən də, gecə saatlarında”.
www.102info.az