Bakıda 83 yaşlı kişinin pensiyası kəsilib?

Cəmiyyət


83 yaşlı Bakı şəhər sakininin pensiyası kəsilib. 

Bununla bağlı iddialar sosial şəbəkələrdə yayılan məlumatlarda öz əksini tapıb.

Məlumatda iddia edilir ki, 1940-cı il təvəllüdlü Mirzəbala Novruzov iki aydır pensiya almır. 

Onun hansı səbəbdən pensiyasının kəsildiyi isə bildirilmir. 

Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən Mirzəbala Nuhi oğlu Novruzova noyabr ayı da daxil olmaqla bütün ödənişlər həyata keçirilib:

“Onun aidiyyəti üzrə müvafiq banka müraciət etməsi tövsiyə olunur”.

Nazirlikdən yaşlı kişinin pensiyasının kəsilmə səbəbi ilə bağlı isə heç bir cavab verilməyib. 

İlhamə Əbülfət

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir