“Camaşırxana, qida və s. bölmələr tibb müəssisələri üzərində yükə çevrilib”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, real gəlir gətirən xəstəxana baş həkimlərinin maaşı bəzi hallarda idarəetmədə olan şəxsdən az olur:
“Bu da narazılığa səbəb olur. Yaxşı ixtisaslı kadrlar maaşa görə özəl xəstəxanalara yönəlirlər. Səhiyyə idarəetməsi və tibb xidmət standartlarının hazırlanmasında Səhiyyə Nazirliyinin payı artırılmalıdır. Bütün qurumlara İcbari Tibbi Sığorta Fonduna yığılan vəsaitlərə çıxış üçün eyni şərait yaradılmır, bəzən süni əngəllər yaradılır. Tibb müəssisələrinin akkreditasiyası inqilabi dəyişikliklərə səbəb olacaq. Gələn il müstəqillik dövrünün rekord səviyyədə səhiyyə büdcəsi gözlənilir”.
www.102info.az