Cəlilabad sakini nəvəsinin ana bətnində ölməsində həkimləri günahlandırır

Cəmiyyət


Cəlilabad rayon sakini dünyaya gələcək nəvəsinin ana bətnində ölməsində həkimləri günahlandırır.

Bu barədə “Report”un yerli bürosuna rayonun Qarğılı kənd sakini Əfqan Novruzov müraciət edib.

Onun sözlərinə görə, qızı – 2002-ci il təvəllüdlü hamilə Elnarə Novruzluya qarşı olan həkim səhlənkarlığı nəticəsində bətndə olan doqquz aylıq nəvəsi vəfat edib:

“Hər dəfə qızımın ağrıları tutanda xəstəxanaya müraciət etdiyimiz zaman həkimlər hələ gözləməyi tövsiyə edirdilər. Nəticədə isə körpə ana bətnində tələf oldu”.

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu həmin qadının ilk hamiləliyidir və ağrılardan şikayətlə müraciət edib:

“Dölü müayinə etdik və məlum oldu ki, dölün ürək döyüntüsü yoxdur. Biz müayinə zamanı aortanı izləyirik. Döl üçün ultrasəs müayinəsi lazım olduğundan onlara xəstəxanamızın ultrasəs həkimi məzuniyyətdə olduğuna görə, bu müayinə üçün özəl xəstəxanaya müraciət etməyi təklif etdik. Özəl xəstəxananadan qayıtdıqdan sonra döl ölü vəziyyətdə bizə daxil oldu”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir