Əksər banklar böyük həcmdə kredit verərkən vətəndaşın və ya sahibkarın biznes planından çox, qoyulacaq girov haqda düşünürlər.
Bu isə kredit ödənişi zamanı problem yarananda girovların dəyərindən çox aşağı qiymətləndirilməsinə səbəb olur.
Nəticədə kredit götürən şəxs vəsaiti ödəyə bilmədiyi üçün girov qoyduğu əmlakı dəyərindən xeyli aşağı qiymətə satılır.
“Yeni qanuna əsasən, girov qoyulan əmlakların banklar tərəfindən dəyərindən aşağı qiymətə satılmasına icazə verilməyəcək”, – deyə millət vəkili Vüqar Bayramov qeyd edib.
Məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb.
Daha ətraflı videoda:
www.102info.az