Bakıda ağaclar yeni çəkilmiş yolun tən ortasında saxlanılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Sakinlər qeyri-adi yolun Bakının Nizami rayonunda, 8-ci kilometr qəsəbəsində, yaşayış binasının həyətində çəkildiyini qeyd ediblər.
Yolun tən ortasında saxlanılan ağaclar gediş-gəlişə mane olmaqla bərabər, onların uzun müddət sağlam qalacağı da şübhə altındadır.
Hətta videonun şərh hissəsində ağaclardan birinin artıq qurumaq təhlükəsi ilə üz-üzə olduğu bildirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məsələ ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, çəkilən yol məhəllədaxili infrastruktur olduğundan AAYDA-nın balansında deyil.
Aysel Aslan
www.102info.az