Bakıda MTK-nın vəzifəli şəxsinə cinayət işi açıldı

Cəmiyyət


Bakıda mənzil-tikinti kooperativlərindən birinin (MTK) vəzifəli şəxsinin təqsirləndirildiyi cinayət işi məhkəməyə göndərilib.

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, “Məqam” MTK-nın vəzifəli şəxsi tərəfindən Nərimanov rayonu, Xətai prospekti, 41 ünvanında yerləşən və paylı mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş müraciət üzrə prokurorluqda araşdırma aparılıb.

Araşdırmalarla Cəmil Qasımovun qeyd edilən MTK-nın icraçı direktoru vəzifəsində işləyərkən söküntü işlərinin aparılmasına dair müqavilə bağlanmış şəxsə guya həmin mənzildə payları olan şəxslərin razılığının alınması barədə yalan məlumat verərək ümumi sahəsi 111,2 kvadratmetr olan yaşayış sahəsinin 38,07 kvadratmetr hissəsinin qanunsuz sökülməsinə nail olması və nəticədə vətəndaşa 71 min manatdan artıq məbləğdə maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Cəmil Qasımova Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhvetmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir