Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan – Ermənistan dövlət sərhədində erməni tərəfinin növbəti dəfə atəşkəsi pozduğuna görə vəziyyətin gərginləşməsi, həm Azərbaycan hərbçiləri, həm də dinc əhali arasında ölən və yaralananlarla nəticələnən döyüşlərin başlanılması ilə bağlı ciddi narahatlığını ifadə edir.Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycanın tarixi, mədəni, dini abidələrinin məhv edilməsi və Azərbaycan xalqının etnik təmizlənməsinə yönələn Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyir və uzun müddət davam edən Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini tapacağına inanır.