Bakıda yük avtomobilinin sürücüsü siqaret qutusunu yerə atdığına görə ona irad bildirən vətəndaşlar mübahisə edib.
Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, sosial şəbəkələrdə 90-FL-704 dövlət qeydiyyat nömrə nişanlı “Mitsubishi Canter” markalı yük avtomobilin sürücüsünün yerə zibil atdığı, ətrafdakı vətəndaşların xəbərdarlığına baxmayaraq, əməlinə haqq qazandırmağa çalışdığı haqqında görüntülər paylaşılıb:
“Kadrlarla bağlı araşdırma aparılıb, əməli törədən şəxs – Tovuz rayon sakini İslam Ramiz oğlu Ələkbərov barəsində qanuna müvafiq şəkildə tədbir görülüb.
Vətəndaşlardan xahiş edirik ki, bu cür qayda pozuntularını gördükləri halda ictimai qınaq məqsədilə və məsuliyyətsizlik hallarına hüquqi qiymətin verilməsi üçün polisə müraciətdən çəkinməsinlər”.
Sürücünün qanun pozuntusunu əks etdirən görüntüləri təqdim edirik:
Aysel Aslan
www.102info.az