Baku TV Ordubad rayonunun Parağa kəndindən reportaj hazırlayıb.
Əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olan bu kəndin sakinləri əsasən Qərbi Azərbaycandan köçüb gələn ailələrdir. Bu kənddə təxminən 350 nəfər yaşayır.
Parağada məskunlaşan ilk sakin olduğunu deyən Şahlar Allahverdiyev doğulduğu torpağın həsrətini çəkdiyini söyləyib:
“Cənnət Dərələyəzin gözü yoldadır. Mümkün olsa, indi qayıdaram. Çalışaram ki, ömrümün qalan hissəsini orada yaşayım”.
Ş.Allahverdiyev ermənilərin azərbaycanlılara verdiyi zülmü xatırlayıb:
“O vəziyyət gözümün qabağına gələndə bütün dünyam dağılır. Maşınların üstünə təkərləri yandırıb atırdılar. Hamı, o cümlədən qoca, gənc, uşaq qarlı havada dağ yolları ilə piyada gəlməyə məcbur oldu. 85 yaşlı babamı atın belində gətirmişəm”.
Ətraflı Baku TV-nin süjetində:
www.102info.az