Prezident İlham Əliyev “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bu barədə President.az xəbər verir.
Qanunla Azərbaycan Respublikası 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulur.
Bu Qanun qüvvəyə mindiyi gündən “Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1725-VQ nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1911) 1-ci maddəsi ləğv edilir.
www.102info.az