Aynur Sofiyevanın uşaqlıq görüntüləri: Qızlar arasında şahmat yarışı – VİDEO

Cəmiyyət


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini, Azərbaycanın ilk beynəlxalq qrossmeysteri Aynur Sofiyevanın uşaqlıq görüntüləri yayılıb. 

AzTV-nin “Qızıl Fond”unda qorunan arix materialı A.Sofiyevanın da iştirak etdiyi 1982-ci ildə keçirilmiş qızlar arasında şahmat üzrə SSRİ birinciliyinə aiddir.

Sujetdə bildirilib ki, Azərbaycanın müxtəlif güşələrindən gəlmiş 30 nəfər şahmatçının mübarizə apardığı yarışda ən yaxşı nəticəni 12 yaşlı Aynur Sofiyeva göstərib. 

Qeyd edək ki, Azərbaycanın ilk beynəlxalq qrossmeysteri Aynur Sofiyeva 2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır. Bundan əvvəl 1998-2000-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Xanım şahmatçı 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb.

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir