Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qanunsuz saxlanılan 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus patronlar, 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı təhvil götürülüb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində müxtəlif markalı 4 ədəd qumbara, 3 ədəd qumbara alışdırıcısı, 4 ədəd patron darağı və 92 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.
www.102info.az