Oğlum 11 əməliyyat keçirib və hazırda müalicəyə ehtiyacı var – YARDIM ÇAĞIRIŞI – FOTO

Cəmiyyət


“Oğlumu Bakıya aparmaq üçün qonşulardan 100 manat borc almışam. Qohum və dostlarının köməyi ilə əvvəlki 11 əməliyyatın öhdəsindən gələ bilmişik”.

Bu barədə Media.Az-ın redaksiyasına Kürdəmir rayon sakini, oğlu osteoporozdan əziyyət çəkən Turan Heydərova müraciət edib.

Osteoporozdan əziyyət çəkən 15 yaşlı Knyaz Heydərli son beş ildir ki, sümük sıxlığını azaldan ağır sistem xəstəliyindən əziyyət çəkir. Nəticədə sümüklərdə məsamələr yaranır, sümüklər sıxlığını itirir və hətta kiçik bir təsir və ya təzyiq nəticəsində qırıla bilir.

Knyaz artıq 11 əməliyyat keçirib. Sonuncu əməliyyat sümük hissələrini birləşdirmək üçün hazırlanmış metal milin quraşdırılmasından ibarət olub. Bərpa prosesi 6-7 ay çəkməlidir, sonra implantın çıxarılması planlaşdırılıb. Əməliyyatdan sonra həkimlər bahalı reabilitasiya terapiyası təyin etsələr də, ailənin buna maddi imkanı çatmayıb. Yeniyetmə onun üçün çox qiymətli olan vaxt itirib… Nəticədə onun ayağında iltihablı proses inkişaf edib və hər şey planauyğun getməyib.

Bu yaxınlarda Knyaz təcili olaraq paytaxtdakı klinikalardan birinə yerləşdirilib. O, implantı dəyişdirmək üçün başqa bir planlaşdırılmamış cərrahi müdaxiləyə məruz qalmalı olacaq. Amma ailənin bunun üçün lazım olan 5 min manatı olmadığından bu əməliyyat da təxirə salınmalıdır.

“Hazırda bizə yardım etməsini gözlədiyimiz heç kimimiz yoxdur. Üz tutmadığımız tanışlarımız qalmayıb. Evdə heç bir qiymətli əşyamız qalmayıb. Oğlumun ayağında ağrılar var, gecələr yata bilmir. O, təcili əməliyyat olunmalıdır. Xahiş edirəm, Knyaza kömək edin! O qədər iş görülüb ki, yarı yolda dayanmaq istəmirik”, – deyə Turan xanım köməyə çağırır.

Biz hər kəsi yeniyetmənin probleminə mərhəmətlə yanaşmağa və bacardıqları qədər kömək etməyə çağırırıq.

Turan xanımla (051) 487 20 63 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir