Allahverdi Yolçuyev: “Gözümə kimlərsə görünür, qorxu yaradır” – AÇIQLAMA

Cəmiyyət


Tanınmış aktyor Allahverdi Yolçuyevin səhhətində problem var.

Bu barədə Oxu.Az-a aktyorun özü məlumat verib. O, dörd ildir ki, Parkinson xəstəliyi ilə mübarizə apardığını qeyd edib:

“Bu xəstəlik beyində hüceyrələri öldürür. Müalicə alıram. İki ildir ki, xalq təbabəti ilə müalicəyə keçmişəm. Az da olsa, irəliləyiş var. Lakin sağ əlim əsir, dayanmır.

İnkişaf etmiş ölkələrdə bu xəstəliyi müalicə edirlər. Amma əməliyyat da olunmalısan. Əməliyyatı çox bahadır. Ancaq əməliyyat olunsan belə, daim dərman da içməlisən”.

A.Yolçuyev ağrılarının azalmadığını söyləyib:

“Ağrılarım gün ərzində olur. Xəstəlik məndə əsəb və stres yaradır. Hərəkətimi də məhdudlaşdırır. Yuxu sistemim də pozulub. Bəzən gözümə kimlərsə görünür, qorxu yaranır. Şəkər xəstəliyi kimidir, həyat tərzimə çevrilib. Gərək özünü qoruyasan, o da çətin”.

“Mən illərdir işləmirəm. 280 manat təqaüd alıram. Efirlərə özüm getmirəm. Çünki özümü yaxşı hiss etmirəm. Efirdə işıqlar, səs-küy mənə təsir edir”, – deyə əlavə edib.

Xatırladaq ki, ötən gün verilişlərin birində aktyor Allahverdi Yolçuyev xəstəliklərdən əziyyət çəkdiyini dilə gətirib.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir