Sabirabadda yol-nəqliyyat hadisəsi olub, beş nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza zamanı rayonun Qəfərarxı kəndinin sakinləri, 2014-cü il təvəllüdlü Səma Namiq qızı Mahmudova, 1959-cu il təvəllüdlü Gülayə Xanoğlan qızı Mahmudova, 1957-ci il təvəllüdlü İmanağa Xanoğlan oğlu Mahmudov, 1960-cı il təvəllüdlü Həqiqət Mahmudov və 1986-cı il təvəllüdlü Rəsul Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az