Vətəndaşların NƏZƏRİNƏ: ƏDV-ləri geri alarkən DİQQƏTLİ OLUN – FOTO

Cəmiyyət


Sosial şəbəkələrdə “ƏDV GERİ AL” prosesi saxtalaşdırılıb. Bununla bağlı məlumatlar müxtəlif müzakirə qruplarında paylaşılıb. Belə ki, vətəndaşları aldatmaq üçün saxta “www.edv-geri.com” saytı yaradılıb. 

Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən (ETX) Oxu.Az-a faktı təsdiq ediblər. 

ETX-dən bildirilib ki, kiberdələduzlar tərəfindən “www.edv-geri.com” adı altında saxta veb-sayt yaradılıb:

“Veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə FİN-kodlarını, daha sonra isə yığılan ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad göstərməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi tövsiyə edir”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir