2024-cü ildə kənd təsərrüfatında 4,6%, tikintidə 3,4%, ticarətdə 3%, turizm sahəsində 15,8% , nəqliyyat sahəsində 4,5%, informasiya və rabitə sahəsində 9,5% artım proqnozlaşdırılır.
APA xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun layihəsinin (ikinci oxunuş) müzakirəsində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib:
“Bu proqnozlar baza ssenarisi əsasında formalaşıb və özünü doğruldacaq”.
www.102info.az