Bakıda avtomobil 55 yaşlı qadın piyadanı vuraraq öldürüb.
“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, noyabrın 16-da Azadlıq prospektində Binəqədi kəndi istiqamətində 1963-cü il təvəllüdlü İlyas Paşayevin idarə etdiyi 90-RJ-083 dövlət qeydiyyat nişanlı “Mitsubishi Airtrek” markalı avtomobillə hərəkətdə olarkən həmin vaxt yolu sağdan sola keçməkdə olan piyada 1968-ci il təvəllüdlü Aygün Həsənovanı vurub. A.Həsənova hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
www.102info.az