Bakı-Şamaxı-Yevlax yolunda maşın dərəyə aşıb, xəsarət alan var – VİDEO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu (Bakı-Şamaxı-Yevlax yolunun 105-ci kilometrlik hissəsi) ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə “RAVON” markalı minik avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş D.Məmmədovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir