Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlunatına görə, hadisə rayonun Kiçik Qaramurad kəndində qeydə alınıb.
Hərəkətdə olan VAZ 21011 markalı minik maşını yoldan çıxaraq bordürə dəyib.
Qəza zamanı sürücü, 1953-cü il təvəllüdlü Musa Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az